Şamaxıda yanğın törədən şəxs TUTULDU

11:51 27.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şamaxı rayonunun Şəhriyar qəsəbəsi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.

DİN-in Mətbuat Xidmətindən hafta.az-a bildirilib ki, araşdırmalarla yanğının rayon sakini Fuad Səmiyev tərəfindən törədildiyi məlum olub. Hadisə nəticəsində 1 hektar əkin sahəsi yanıb.

Həmin şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülüb.